Erməni rəqibini 9:1 hesabı ilə məğlub edən samboçumuz

Erməni rəqibini 9:1 hesabı ilə məğlub edən samboçumuz
  02 İyul 2019    Oxunub:1487
İyunun 21-dən 30-dək Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında Azərbaycan idmançıları yeni nailiyyətlər qazanıblar. Qitənin 50 ölkəsindən 4 mindən çox idmançının qatıldığı bu yarış sülh, bərabərlik, qardaşlıq bayramı kimi yadda qalıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparıblar. Bu mötəbər yarışda ölkəmiz də təcrübəli idmançılarla təmsil olunub. Ölkəmizin yığma komandasının tərkibində DİN İdman Cəmiyyətinin yetirmələri də yeni yarış təcrübəsi əldə ediblər. Yetirmələrimizdən Mehman Xəlilov idmanın sambo növü üzrə yarışlarda inamlı mübarizə aparıb.



M.Xəlilov dörddə bir finalda belaruslu Vladislav Burdza uduzub. Lakin bu çəki dərəcəsində yeddi samboçunun mübarizə aparması idmançımıza təsəlliverici qarşılaşmaya qatılmadan üçüncü yer uğrunda görüşdə iştirakına imkanı yaradıb.



O, bu görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb, bürünc medala sahib olub. Samboçumuzu bu yarışa məşqçi Mais Məmmədov hazırlayıb.

Azvision.az


Teqlər: DİN   Sambo  





Xəbər lenti