“Xeyli məhkəmə hakimi cəzalandırılıb” - Nazir müavini

“Xeyli məhkəmə hakimi cəzalandırılıb” -  Nazir müavini
  02 İyul 2019    Oxunub:1712
"Hakimlə ictimaiyyətin ünsiyyəti yalnız məhkəmə zalında baş verir. Bu da onunla əlaqədardır ki, hər hansı qeyri-prosessual hadisə baş verməsin".

Azvision.az xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
O, vurğulayıb ki, hakim korpusunun sağlamlaşdırılması ilə bağlı xeyli işlər görülüb: "Yəqin ki, məlumatınız var, xeyli hakim cəzalandırılıb, sistemdən uzaqlaşdırılıb. Azərbaycanda məhkəmə sistemi ilə bağlı ən mütərrəqi qaydalar tətbiq olunur. Artıq hakimlərin 60-70 faizi yeni qaydalarla seçilənlərdir".

A.Cəfərov qeyd edib ki, Azərbaycanda məhkəmələrin fəaliyyəti göz qabağındadır. "Hər kəs "Elektron məhkəmə" informasiya sisteminə daxil olaraq hakimlər, baxılan işlər barədə məlumat ala bilər. Ölkədə yeni məhkəmə binaları inşa edilib. Bu cür işlər hakimləri daha da məsuliyyətli edir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Məhkəmə   Ədliyyə  





Xəbər lenti