Səlim Müslümov 3 şöbə müdirini işdən çıxardı

Səlim Müslümov 3 şöbə müdirini işdən çıxardı
  29 Noyabr 2013    Oxunub:1358
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 3 rayonun şöbə müdirlərini vəzifədən kənarlaşdırıb.
Kənarlaşdırılanlar nazirliyin Nizami rayon şöbəsinin müdiri Musa Ağamalıyev, Nəsimi rayon şöbəsinin müdiri Natiq Heydərov və Xətai rayon şöbə müdiri Cavanşir İsgəndərovdur.

AzNews.az-ın məlumatına görə, dünən yeni nazir daha bir şəxsin vəzifədən kənarlaşdırılması barədə əmr imzalayıb.

Bu dəfə vəzifəsini itirən şəxs Abşeron rayon Sosial Müdafiə Mərkəzinin direktor müavini Elxan Süleymanov olub.

Məlumata görə, nazir rayon şöbələrindəki vəziyyətin yoxlanılması üçün tapşırıqlar verib. Əksər rayonlarda ciddi nöqsanlar aşkarlanıb. Buna görə də, nazirliyin əksər rayon şöbələrinin rəhbərlərinin dəyişdiriləcəyi gözlənilir.


Teqlər:





Xəbər lenti