“Bakı Metropoliteni" QSC-nin Rusiyadan aldığı iki qatar bu gün xəttə buraxılıb.
Azvision.az xəbər verir ki, hər biri 5 vaqondan ibarət olan iki yeni qatar "Dərnəgül" stansiyasından hərəkətə başlayıb.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC bu il Rusiyadan 6 qatar alıb. Onlardan 2-si artıq Bakıya gəlib. İlin sonunadək daha 4 qatar ölkəmizə gətiriləcək.