Çin lideri Trampı kompromisə çağırdı
“Si Szinpin ABŞ-ı Şimali Koreya ilə münasibətlərdə kompromisə getməyə çağırıb. O cümlədən, sanksiyaların müvəqqəti yumşaldılmasını və narazılıqların qarşılıqlı həllininin tapılmasını istəyib”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında iyunun 30-da görüş keçirilib. İki ölkə lideri ilk dəfə Koreya yarımadasını iki hissəyə bölən hərbi-demarkasiya xətti üzərindən bir-birinin əlini sıxıblar. Görüş Cənubi Koreya və KXDR arasında hərbsizləşdirilmiş zonada yerləşən Pxanmuncom danıqışlar məntəqəsində baş tutub.
Şahanə Rəhimli
Azvision.az