“Maaş artımı ilə bağlı iki sərəncam imzalanıb” - Əli Əhmədov

“Maaş artımı ilə bağlı iki sərəncam imzalanıb” -    Əli Əhmədov
  02 İyul 2019    Oxunub:2024
Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) ümumi məqsəd ondan ibarətdir ki, bəşəriyyətin gələcəyini təhlükə altına alan fəlakətlər aradan qaldırılsın, insanlar aclıq və xəstəlikdən azad olsunlar. Bununla yanaşı, bütün ölkələrin inkişafın yeni mərhələyə yüksəldilməsi DİM qarşısında duran vəzifələrdəndir.
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məlumatlandırma Portalının təqdimat mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan milli inkişaf strategiyasında iqtisadiyyatın inkişafını və sosial vəzifələrin layiqincə yerinə yetirilməsini təmin edə bilib.

"Azərbaycanın iqtisadi inkişafı ilə əlaqədar rəqəmlər və göstəriciləri hər kəsə məlumdur. Ölkə iqtisadiyyatı inkişaf edir. Bu il əməkhaqqının artırılması ilə bağlı iki sərəncam imzalanıb. Bu, vətəndaşların sosial rifah halının yaxşılaşmasına xidmət edir. Təhsil və digər sferalarda əldə edilən irəliləyişlər Azərbaycanın milli inkişaf proqramının DİM-də olan vəzifələrlə uyğunlaşdırılması ilə birbaşa əlaqədardır".

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanda iqtisadi inkişaf strategiyası, sosial sahələrlə bağlı strategiyalar, həyatın digər sahələrini əhatə edən inkişaf layihələri əhəmiyyətli dərəcədə DİM-in vəzifələrinə uyğunlaşdırılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti