Əhalinin siyahıya alınmasına hazırlıq başa çatıb

Əhalinin siyahıya alınmasına hazırlıq başa çatıb
  02 İyul 2019    Oxunub:2798
Ölkədə əhalinin növbəti siyahıya alınması ilə bağlı hazırlıq prosesi başa çatıb, bütün metodoloji baza hazırlanıb.

Azvision.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. Onun sözlərinə görə, hazırda materialların, sorğu, siyahıya alınma vərəqələrinin yerlərə çatdırılması prosesinə başlanılıb.
"Eyni zamanda, avqustun sonu, sentyabrın əvvəlindən siyahıya alınma prosesinə cəlb olunacaq işçilərin təlimatlandırılması prosesinə start veriləcək. Hər bir rayon üçün təşkilatı planlar işlənilib. İcra hakimiyyəti rəhbərləri ilə razılaşdırılıb və Dövlət Statistika Komitəsindən təsdiq olunub. Hər 300 nəfər əhali üçün 1 sayıcı nəzərdə tutulub. 14 min əhali üçün bir məntəqənin yaradılması və 5 sayıcıya bir təlimatçı nəzarətinin müəyyən olunması nəzərdə tutulub. Bu hesabla cəlb olunacaq işçiləri sayı müəyyənləşəcək", - deyə T.Budaqov qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Tahir-Budaqov   Əhali   Statistika  





Xəbər lenti