Ördəkdən sonra Bakıya robot gəlir - FOTO

Ördəkdən sonra Bakıya robot gəlir - FOTO
  29 Noyabr 2013    Oxunub:1132
Dekabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “Telekommunikasiya və İnformasiya texnologiyaları” sərgisində (“BakuTel-2013”) MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda “Titan” robotu nümayiş etdiriləcək

“Titan” robotu Tokiodan tutmuş Vankuverə qədər bir çox dünya ölkələrini gəzmiş, Əbu-Dabidə “Qran-pri Formula 1” yarışında (“ABU DHABI F1 GRAND PRIX”) qonaq olmuş və iri şirkətlərin, eləcə də məşhur brend və markaların təqdimatlarında iştirak edib. “Titan” robotu Rihannanın konsert turnesinə də qatılıb, məşhur aktyorların çəkildikləri bir sıra filmlərdə rol alıb.

Həm hərəkət edən, həm də insanlarla dialoq quran bu nəhəng robot onu görənləri heyrətə gətirir. Lakin çox keçmədən hamı onu sevməyə başlayır və insanlar ona yaxınlaşaraq toxunmaq istəyirlər.(azərtac)


Teqlər:  





Xəbər lenti