Bakıda çağırışçılar hərbi xidmətə yola salındılar

  02 İyul 2019    Oxunub : 546
Bakıda çağırışçılar hərbi xidmətə yola salındılar
İyulun 2-də Bakı şəhəri Nardaran qəsəbəsində Sabunçu rayonundan olan çağırışçı gənclərin müddətli hərbi xidmətə təntəli surətdə yolasalma mərasimi keçirilib.
Azvision.az -ın məlumatına görə, Çağırışçıları hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sabunçu rayon idarəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, ağsaqqallar, valideynlər və gənclər yola salıblar.

Tədbirdə SHXÇDX-nin Sabunçu rayon idarəsinin rəisi, polkovnik-leytenant Çingiz Kiçibəyov həqiqi hərbi xidmətə yola düşən çağırışçılara uğurlar diləyib, hərbi xidmətə yola salınan gənclərin ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlarına inamını ifadə edib.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov çağırışçıları həqiqi hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək ölkəmizdə hərb quruculuğunda qazanılan uğurlardan, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərdən danışıb.

Valideynlər adından danışan Azər Həsənli övladlarının hərbi xidmətə yola düşməsindən böyük qürur hissi keçirdiklərini diqqətə çatdırıb, çağırışçılara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər.

Tədbirdə çıxış edən çağırışçı Hacıəli Bəhramov Silahlı Qüvvələr sıralarında ləyaqətlə hərbi xidmət keçməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla müqəddəs vəzifələrini məsuliyyətlə yerinə yetirəcəklərini bildirib. Sonda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.

Azvision.az

Teqlər: SHXÇDX