XİN rəhbəri Malayziyanın yeni səfiri ilə görüşüb

XİN rəhbəri Malayziyanın yeni səfiri ilə görüşüb
  02 İyul 2019    Oxunub:2049
Xarici İşlər naziri Elmar Məmmədyarov Malayziyanın Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Dato Yubazlan Bin Yusofu qəbul edib.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi və insanlararası təmasların artırılmasının vacibliyi vurğulandı. İqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün geniş potensialın mövcudluğunu bildirən tərəflər bu xüsusda enerji və nəqliyyat sektorlarını xüsusilə qeyd ediblər.

Tərəflər iki ölkə arasında yüksək səviyyəli səfərlər mübadiləsinin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu ifadə ediblər.

Səfir Dato Yubazlan Bin Yusof ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Dato Yubazlan Bin Yusofa diplomatik fəaliyyətində uğurlar arzu edib.

Səfir Dato Yubazlan Bin Yusof etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Azvision.az



Teqlər: ElmarMəmmədyarov  





Xəbər lenti