Hava yağmursuz keçəcək

  03 İyul 2019    Oxunub : 600
Hava yağmursuz keçəcək
İyulun 3-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-23, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, atmosfer təzyiqi 760 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azvision.az

Teqlər: ETSN   Hava