Səlim Müslümov saxta əlillərə qarşı hərəkətə keçdi

Səlim Müslümov saxta əlillərə qarşı hərəkətə keçdi
  29 Noyabr 2013    Oxunub:1476
Azərbaycanda qeyri-qanuni yolla verilən əlillik dərəcələri ləğv olunacaq.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən regional toplantıda bildirib.

Nazir qeyd edib ki, deyib ki, Naxçıvanda bu proses Avropa standarlarına uyğun aparılır:
“Ali Məclis sədrinin qərarı ilə əlillik dərəcəsi alanların hər biri yoxlanışdan keçirilib. Bundan sonra əlillik dərəcəsi ilə təqaüd alan insanların sayı kəskin azalıb. Bu proses Azərbaycanın bütün regionlarında gedəcək. Bu gündən etibarən araşdırmalara başlanılacaq. Qeyri-qanuni yolla əlilliyə görə təqaüd alan şəxslərin dərəcələri ləğv ediləcək".

Toplantıda əlillik dərəcələrinin düzgün təyin olunmamasına görə Qazax, Ağstafa, Cəlilabad və Biləsuvar rayonlarının Tibbi Sosial Ekspert komissiyalarının sədrləri tutduğu vəzifədən azad ediliblər.(salamnews)




Teqlər:  





Xəbər lenti