Milli komandamız Türkiyəyə getdi

  03 İyul 2019    Oxunub : 619
Milli komandamız Türkiyəyə getdi
Sərbəst güləş Azərbaycan yığması sabah ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayacaq.
Azvision.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, milli komanda bu gün Türkiyəyə yola düşüb.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 14 güləşçi iyulun 10-dək İstanbulda hazırlıq keçəcək. Daha sonra komandamız ayın 11-dən 14-dək həmin şəhərdə təşkil olunacaq reytinq xarakterli Yaşar Doğunun xatirə turnirində qüvvəsini sınayacaq.

Azvision.az


Teqlər: Güləş   Türkiyə   Hazırlıq