Ailton Silva rəsmən "Qarabağ"da

Ailton Silva rəsmən "Qarabağ"da
  04 İyul 2019    Oxunub:3621
“Qarabağ” klubu növbəti futbolçu transferini reallaşdırıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, "Qarabağ" sol cinah müdafiəçisi Ailton Ferreyra Silvanı heyətinə qatıb.

Müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan 24 yaşlı braziliyalı növbəti mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.

Qeyd edək ki, "Qarabağ" daha əvvəl hücumameylli Xayme Rodrigesi transfer edib.

Azvision.az



Teqlər: Qarabağ   Transfer  





Xəbər lenti