Dekabrın hava proqnozu açıqlandı
Birinci ongünlüyün əvvəlində hava şəraitinin anomal soyuq keçəcəyi, ikinci və üçüncü ongünlüyün bəzi günlərində havanın orta sutkalıq temperaturunun iqlim normasından 3-5 dərəcə aşağı enəcəyi gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 4-7 dərəcə isti, birinci ongünlüyün ortalarında 1-3 dərəcə isti (gecələr 3-6 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər isə 7-12, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-34 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 2-7, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-35 mm) olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 4-7 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır .
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 27-53 mm) olacaq.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə isti (2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-16 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında Orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 8-13 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-48 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 1-6 dərəcə isti (gecələr 0-4 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 16-32 mm) olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 2-7 dərəcə isti (gecələr 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 2-5 dərəcə şaxta, dağlarda 7-10 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-4 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 58-106 mm) olacağı gözlənilir.