Güləşçilərimiz İstanbulda məşqlərə başladı

  04 İyul 2019    Oxunub : 622
Güləşçilərimiz İstanbulda məşqlərə başladı
Azərbaycanın sərbəst güləşçiləri İstanbulda təlim-məşq toplantısına start veriblər.
Azərbaycan Güləş Federasiyasından Azvision.az -a verilən məlumata görə, baş məşqçi Saypulla Absaidovun və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə 14 güləşçi iyulun 10-dək İstanbulda hazırlıq keçəcək.

Sonra komandamız iyulun 11-dən 14-dək İstanbulda təşkil olunacaq reytinq xarakterli Yaşar Doğunun xatirə turnirində qüvvəsini sınayacaq.

Azvision.az

Teqlər: Güləş   Məşq   İstanbul