41 yaşlı Buffon “Yuventus”a qayıtdı

41 yaşlı Buffon “Yuventus”a qayıtdı
  05 İyul 2019    Oxunub:2081
İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon yenidən “Yuventus” klubunun şərəfini qoruyacaq.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı qapıçı yaxın günlərdə “Yuventus”la bir illik müqavilə imzalayacaq. Razılaşmaya əsasən Buffonun illik məvacibi 1,5 milyon avro olacaq.

Qeyd edək ki, məşhur qapıçı ötən mövsüm Fransanın “Paris Sen-Jermen” klubunda çıxış edib.

Azvision.az



Teqlər: Buffon  





Xəbər lenti