Məşhur futbolçu karyerasını başa vurdu

Məşhur futbolçu karyerasını başa vurdu
  05 İyul 2019    Oxunub:1929
“Bavariya”, “Çelsi” və “Real” klublarının sabiq futbolçusu Aryen Robben karyerasını başa vurub.
Azvision.az
xəbər verir ki, bu barədə 35 yaşlı hollandiyalı yarımmüdafiəçi açıqlamasında bildirib.

“Peşəkar futbolçu karyeramı başa vurmağı qərara aldıım. Bu, karyeramda verdiyim ən çətin qərardır”, - deyə Robben vurğulayıb.

Qeyd edək ki, Robben indiyədək müxtəlif klubların heyətində çıxış edərək 29 titul qazanıb. O, Hollandiya millisində 96 oyun keçirib və 37 qol vurub.

Azvision.az



Teqlər: Robben   Futbolçu  





Xəbər lenti