ATƏT polislərə təlim keçdi

ATƏT polislərə təlim keçdi
  29 Noyabr 2013    Oxunub:899
ATƏT-in Bakı Ofisi bu gün məişət zorakılığının qarşısının alınmasına dair polis əməkdaşları üçün regional təlim kursu keçirib.
ATƏT-in Bakı Ofisinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu tədbiri ATƏT-in Ofisi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində təşkil edib.

Milli qanunvericiliyə uyğun olaraq, məişət zorakılığına qarşı mübarizə və onun qarşısının alınmasında polis əməkdaşlarının rolu və vəzifələri müzakirə olunan mövzulardan biri olub. Təlim iştirakçıları həmçinin bu sahədə digər ölkələrin təcrübələrilə tanış olub. Təlim zamanı, yerli mütəxəssislər və Daxili İşlər Nazirliyinin nümayəndələri qanunun icrasının hüquqi, sosial və mədəni aspektlərinə toxunublar.

ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay: “Məişət zorakılığının qarşısı yalnız müvafiq qanunun qəbul olunası ilə alına bilməz. Bu baxımnan, məişət zorakılığının qarşısının alınması və vaxtında araşdırılmasında polisin rolu əvəzsizdir.”

ATƏT-in Bakı Ofisi polis əməkdaşları üçün bu növ təlim kurslarını artıq Bakı, Şəki, Lənkəran və Quba şəhərlərində təşkil edib. Növbəti təlim 10-11 dekabr 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikasında keçiriləcək.


Teqlər:  





Xəbər lenti