Rektor ona sual verən tələbələri qəbul edib
Universitetin yeni inkişaf strategiyası - 5.0 haqqında danışan rektor bildirib ki, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində işlər görülür.
Verilişdə, eyni zamanda, professor Şirməmməd Hüseynov haqqında da danışılıb. Rektor Şirməmməd Hüseynovun vəfatı ilə elm ictimaiyyətinə ağır itki üz verdiyini, alimin Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti olduğunu və Jurnalistika fakültəsində onun işlərinin davam etdiriləcəyini qeyd edib.
Universitetin beynəlxalq əlaqələrindən bəhs edən rektor Bakı Dövlət Universiteti ilə Fransanın Lion-2 Universitetinin “Əqli mülkiyyət hüququ” üzrə birgə kadr hazırlayacaqlarını və ikili diplomlar verəcəklərini qeyd edib. Eyni zamanda, Almaniyanın Vürsburq Universiteti ilə “Avropa hüququ” istiqamətində birgə kadr hazırlığını, indiyədək 50 nəfər tələbənin ikili diplom aldığını diqqətə çatdırıb. Rektor Elçin Babayev Almaniyanın Halle-Vittenberq Universiteti ilə hüquq üzrə fəlsəfə doktoru pilləsi üzrə ikili diplom proqramının hazırlığına toxunub, hazırda 2 doktorantın həmin universitetdə tədqiqat apardıqlarını bildirib.
Əksəriyyəti tələbələr və valideynlər olan dinləyicilər suallarını “ASAN Radio”nun rəsmi facebook səhifəsi, WhatsApp və şəhər nömrəsi vasitəsilə veriblər. 50 dəqiqəlik veriliş ərzində vaxt baxımından cavablandırılmayan suallara aydınlıq gətirmək, həmçinin araşdırma tələb edən müraciətlərə baxmaq məqsədilə rektor Elçin Babayev bu gün universitetdə qəbul keçirib. Bir çox müraciətlər yerində həll edilib, bəzi məsələlərin araşdırılması və həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.
Azvision.az
Teqlər: