Etibar Məmmədov hiddətləndi: “Onlar satqındırlar”

Etibar Məmmədov hiddətləndi: “Onlar satqındırlar”
  29 Noyabr 2013    Oxunub:2451
Onların özləri satqın, səviyyəsiz insanlardılar
Azərbaycan Milli İstiqlal Partiyasının (AMiİP) lideri Etibar Məmmədov barəsində yayılan iddiaları cavablandırıb.

O, AzVision.az-a açıqlamasında seçkiöncəsi hakimiyyətlə gizli anlaşma əldə etməsinə dair mətbuatda dərc olunan xəbərləri hiddətlə qarşılayıb.

AMİP lideri iddiaların əsassız olduğunu deyərək bu xəbərləri yayan şəxslərin satqın olduğunu bildirib.

“Bu iddialar tamamilə əsassızdır. Onu yazan satqının biridir. Başqa heç nə deyə bilmərəm, bu xəbərləri yazanlar özləri satqın insanlardılar”.

Qeyd edək ki, saytların birində Etibar Məmmədovla bağlı iddia olunur ki, seçkiöncəsi onun susqunluğunun səbəbi iqtidarla danışıqlara getməsidir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti