Cəmil Həsənli Milli Şura sədri olmağa razılıq verdi

Cəmil Həsənli Milli Şura sədri olmağa razılıq verdi
  29 Noyabr 2013    Oxunub:1270
Prezidentliyə keçmiş namizəd Cəmil Həsənli Rüstəm İbrahimbəyovun onun Milli Şuraya sədrliklə bağlı təklifinə münasibət bildirib.
O, AzVision.az-a açıqlamasında R.İbrahimbəyovun təklifinə müsbət yanaşdığını bildirib:

“Müəyyən səbəblərə, işi çox olduğuna görə Rüstəm İbrahimbəyov Bakıya gələ bilmir, ona görə də hesab edir ki, kim Bakıdadırsa, o, Milli Şuraya rəhbərlik etsin. Bu posta da mənim namizədliyimi təklif edir. Əgər Milli Şura uyğun bilərsə, mən bu missiyanı öz üzərimə götürəcəm”.

C.Həsənli vurğulayıb ki, R.İbrahimbəyov yenə də Milli Şuranın fəaliyyətində aktiv iştirak edəcək:

“Rüstəm İbrahimbəyov sadəcə sədrlikdən gedib, Milli Şuranın üzvlüyündən çıxmağı planlaşdırmır. Yenə də Milli Şuranın işində yaxından iştirak edəcək. Onun fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, həyata keçirilməsində əsas simalardan biri olacaq”.

O hesab edir ki, R. İbrahimbəyovun sədrlikdən istefasının Milli Şuraya ciddi təsiri olmayacaq: “O yenə də Milli Şuranın işində yaxından iştirak edəcək ona görə də sədrlikdən istefanın bu quruma ciddi təsiri olmayacaq. Mən özüm də dəfələrlə demişəm ki, Rüstəm bəyin rəhbərliyi altında işləməyə razıyam və bu, mənim üçün xoşdur. Amma indi onun işi elə qurulub ki, hələ ki, Bakıya gəlmək planında yoxdur”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti