İlham Əliyev İspaniyanın Baş naziri ilə görüşüb
Baş nazir Mariano Rahoy Brey dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, İspaniya Kralının salamlarını dövlətimizin başçısına çatdırıbı.
Görüşdə ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Azərbaycan ilə İspaniyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində uğurla əməkdaşlıq etdikləri vurğulanıb. İqtisadiyyatın biznes, inşaat, kənd təsərrüfatı, energetika və digər sahələrində əlaqələrimizin genişləndirilməsi ilə bağlı ətraflı müzakirələrin aparıldığı görüşdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmi qeyd edilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev İspaniya Kralının salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Krala çatdırmağı xahiş edib.
AzVision.az
Teqlər: