Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb
Fransa Prezidenti Fransua Olland Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində maraqla izləndiyini vurğulayıb. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib və bu fəaliyyətin gələcəkdə də genişləndiriləcəyinə əminlik ifadə olunub.
İkitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilən görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində inkişafının əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: