Zelenski Putinlə görüşmək istəyir - VİDEO

 Zelenski  Putinlə görüşmək istəyir -  VİDEO
  08 İyul 2019    Oxunub:4007
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə ABŞ, İngiltərə, Almaniya və Fransanın vasitəçiliyi ilə Minskdə görüşməyi təklif edib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Zelenski danışıqlarda ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emanuel Makronun da iştirak etməsini təklif edib.



“Rusiya prezidenti Valimdir Putinə müraciət etmək istəyirəm. Danışmaq lazımdır? Lazımdır. Gəlin müzakirə edək, Krım kimindir və Donbasda kim yoxdur?”.

O, bildirib ki, Aleksandr Lukaşenko onları böyük məmnuniyyətlə Minskdə qəbul edər: “Biz heç diplomatik formatdan imtina etmirik. Biz danışmağı təklif edirik”, -deyə Zelenski vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov Moskvanın təklifi nəzərdən keçirəcəyini deyib və dialoqun perspektivinin qiymətləndirilməsinin vacib olduğunu vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Zelenski   Ukrayna   Rusiya  





Xəbər lenti