Bakıda tutulan İran vətəndaşı azadlığa buraxıldı
M.Molayi bildirib ki, Biləsuvar sərhəd gömrük idarəsindən ona ölkədən çıxmaq üçün Dövlət Miqrasiya Xidmətindən sənədin olmamasını səbəb gətirib sənədi almaq üçün Lənkəran şəhərinə göndəriblər. Daha sonra Dövlət Miqrasiya Xidmətindən sənədi aldıqdan sonra İrana keçmək istəyərkən Astara sərhədindən ona bildiriblər ki, Bakıya qayıtmalı və özünü polis idarəsinə təqdim etməlidir.
Hazırda Fərəci Bakıya qayıdır.
M.Molayi bildirib ki, şənbə günü Fərəcinin probleminin həlli istiqamətində Azərbaycan tərəfi ilə danışıqlar aparacaq və tez bir zamanda məsələnin həllinə çalışacaq. Baş konsulun sözlərinə görə, Həsən Fərəcinin günahsızlığı sübut edildiyindən, azadlığa buraxılıb.
Qeyd edək ki, Həsən Fərəci oktyabrın 31-də İsrailin Azərbaycandakı Səfirliyinin qarşısından keçərkən şübhəli şəxs qismində saxlanılıb.
Daha sonra H.Fərəci polis bölməsinə, oradan isə məhkəməyə aparılıb. Növbətçi hakim H.Fərəcini 30 sutka həbs cəzasına məhkum edib.