Azərbaycanlı hakim Avroliqa oyununu idarə edəcək

Azərbaycanlı hakim Avroliqa oyununu idarə edəcək
  10 İyul 2019    Oxunub:1922
Azərbaycanlı FİFA referisi Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb.
Azvision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Həsənov Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək "Spartak" (Trnava, Slovakiya) – "Radnik Byelina" (Bosniya və Herseqovina) qarşılaşmasını idarə edəcək.

Onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Azvision.az


Teqlər: Futbol   Avroliqa   Hakim   UEFA  





Xəbər lenti