Beren Saatın filmi Naxçıvanda rekord qırdı

Beren Saatın filmi Naxçıvanda rekord qırdı
  30 Noyabr 2013    Oxunub:1366
Türkiyəli rejissor Uğur Yücelin çəkdiyi “Mənim dünyam” filmi Naxçıvanda nümayiş olunan ilk türk filmi kimi tarixə düşüb.
AzVision.az xəbər verir ki, film ikinci həftədir ki, Azərbaycan tamaşaçılarına təqdim olunub. Bu vaxt ərzində artıq 19 min nəfər “Mənim dünyam”a baxıb.

Böyük marağa səbəb olan film Naxçıvanda da nümayiş olunub. Bununla da “Mənim dünyam” Naxçıvanda tamaşaçıların ixtiyarına verilən ilk film olub.

Qeyd edək ki, baş rollarını Beren Saat və Uğur Yücelin ifa etdiyi filmə ötən beş həftə ərzində 1 milyon 210 min tamaşaçı baxıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti