Nazirlik: İntihar edən qız Avropa çempionu deyil

      Nazirlik:    İntihar edən qız Avropa çempionu deyil
  10 İyul 2019    Oxunub:2171
Dördqat Avropa çempionun intihar etməsi ilə bağlı yayılan informasiya yalandır.
Azvision.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. O bildirib ki, millidə heç vaxt belə adda idmançı olmayıb.

Qeyd edək ki, mətbuatda Nizami rayonu, Elşən Süleymanov küçəsində 2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atması ilə bağlı xəbər yayılıb. Məlumatda A.Məmmədzadənin akrobatika üzrə dördqat Avropa çempionu olduğu qeyd olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: İntihar  





Xəbər lenti