10 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb

  10 İyul 2019    Oxunub : 538
10 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb
Ağcabədi sakinindən külli miqdarda narkotik götürülüb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş M.Rüstəmovdan heroin, yaşadığı evdən 10,5 kiloqram marixuana, habelə həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: Narkotik   Ağcabədi