Rusiyanın Baş Qərargah rəisi Azərbaycana gəlib

  10 İyul 2019    Oxunub : 1298
 Rusiyanın Baş Qərargah rəisi Azərbaycana gəlib
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər zamanı V.Gerasimov Bakıda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı Todd Volters ilə görüşəcək.

Həmçinin, rusiyalı generalın Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparacağı planlaşdırılır.

Azvision.az

Teqlər: Rusiya   Gerasimov