Neftçalanın içməli su təchizatı yaxşılaşdırılacaq

   Neftçalanın içməli su təchizatı yaxşılaşdırılacaq
  10 İyul 2019    Oxunub:2043
Şirvan-Muğan qrup su kəmərindən Neftçala rayonuna suyun verilməsi planlaşdırılır.
Azvision.az xəbər verir ki, bunu "Azərsu" ASC-nın mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O bildirib ki, artıq layihə işlənib yekunlaşdırılıb:

"Bunun üçün 40 km-ə yaxın magistral su kəməri xəttinin çəkilməsi planlaşdırılır. Layihə yekunlaşdırıldıqdan sonra növbəti ildən Neftçala sakinləri sudan istifadə edəcəklər. Bu gün Neftçala sakinləri Kür çayının qismən təmizlənmiş suyundan istifadə edir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Neftçala   Su  





Xəbər lenti