İngiltərə Azərbaycanla vizanı sadələşdirmədi

İngiltərə Azərbaycanla vizanı sadələşdirmədi
  30 Noyabr 2013    Oxunub:1335
“Diplomatik pasportu olan Azərbaycan vətəndaşları gələn ildən Avropaya vizasiz gedəcəklər. Bu saziş Böyük Britaniya, İrlandiya və Danimarkaya şamil olunmayacaq”.
AzVision.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, saziş yalnız Avropa Birliyinə üzv olan ölkələr üçün 2014-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək:

“Bu saziş Böyük Britaniya, İrlandiya və Danimarkaya şamil olunmayacaq. Sazişin açıqlanan əsas şərtlərinə görə, xüsusilə də Avropa Birliyinə çox və qısa müddətli (90 günədək) səfər edənlər bundan sonra vizanı daha ucuz və asan əldə edəcəklər. Qaydalara görə gələn ildən diplomatik pasportu olan Azərbaycan vətəndaşları Avropa Birliyinə üzv olan ölkələrə vizasiz gedəcəklər. Bundan sonra adi pasportu olan rəsmi nümayəndə heyəti üzvlərindən, tələbələrdən, tədqiqatçılardan, pensiyaçılardan və 12 yaşadək uşaqlardan viza rüsümu alınmayacaq. Onlar eyni zamanda asanlıqla daha uzun müddətə (1 ildən 5 ilədək müddətə) çox gediş gəlişli viza ala biləcəklər”.

Məlumat üçün bidirək ki, Azərbaycan höküməti ilə viza rejimin sadələşdirilməsi dair danışıqlara 29 İyul 2012-ci ildən start verilib. Avropa Birliyi bu vaxtadək belə sazişi Albaniya, Bosniya və Hersoqovina, Macedoniya, Moldova, Montenegro, Rusiya, Serbiya, Ukrayna, Gürcüstan və Ermənistanla imzalayıb. Göründüyü kimi, bu müqavilə Şərq Tərəfdaşlığına üzv ölkələrdən (Belarus istisna olmaqla) ən gec Azərbaycanla imzalanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti