Vüqar Bayramov Vilnüsdə həmsədr seçilib

Vüqar Bayramov Vilnüsdə həmsədr seçilib
  30 Noyabr 2013    Oxunub:1758
V.Bayramov Vətəndaş Cəmiyyəti Forumunun tarixində ilk azərbaycanlı rəhbərdir.
Tanımış iqtisadçı Vüqar Bayramov Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri seçilib.

Bu barədə Vüqar Bayramov öz facebook səhifəsində bildirib.

O qeyd edib ki, bu gün Forumun Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən İdarə Heyətinin yığıncağında forumun sədrliyi postuna 5 namizəd olub. Azərbaycanlı iqtisadçının da qatıldığı gizli səsvermədə səslər aşağıdakı bölüşdürülüb:

Vüqar Bayramov (Azərbaycan)- 12 səs, Jeff Lovvitt (Çex Respublikası)- 8 səs, Kristina Vaiciunaite (Litva)- 6 səs, Nikolai Kvantaliani (Belarus) – 5 səs, Tsvetelina Borissova (Macarıstan) – 3 səs.

Beləliklə, ən çox səs toplayan Vüqar Bayramov və Jeff Lovitt Forumun həmsədrləri seçilib. O, Vətəndaş Cəmiyyəti Forumunun tarixində ilk azərbaycanlı rəhbər olacaq.

Qeyd edək ki, Avropa Birliyi qanunvericiliyinə əsasən Forum birliyin əsas qurumlarındadır və Avronest və digər institutlar ilə eyni yüksək statusa malikdir. V.Bayramov bu vəzifəni daşıyan ilk azərbaycanlı olacaq. O eyni zamanda Azərbaycan Milli Platformasının əlaqələndiricisidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti