Nazir vətəndaşların problemlərini dinlədi

Nazir vətəndaşların problemlərini dinlədi
  30 Noyabr 2013    Oxunub:1209
Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edib.
AzVision.az xəbər verir ki, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 30-da Sumqayıt şəhərində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəhər Polis İdarəsində Sumqayıt və Abşeron sakinlərini, eyni zamanda, Qubadlı, Zəngilan və Füzuli rayonlarından olan bir qrup məcburi köçkünü qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılıb.

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, Prezidentin ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl və qətiyyətli siyasi kursunu bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.


Teqlər:  





Xəbər lenti