Vidadi İsgəndərli həbs edildi

Vidadi İsgəndərli həbs edildi
  01 Dekabr 2013    Oxunub:1979
Göyçay rayonunda ictimai asayişi pozaraq polisin qanuni tələbinə əməl etməyən hüquq müdafiəçisi Vidadi İsgəndərli həbs olunub.

Göyçay rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə bu gün Vidadi İsgəndərli Göyçay şəhərinin Heydər Əliyev parkına, əhalinin sıx olduğu bir yerə sərxoş vəziyyətdə gələrək dövlət əleyhinə və ayrı-ayrı şəxslərin ünvanına kobud və nalayiq sözlər işlədib. Vidadi İsgəndərli söyüş söyən zaman ərazidəki post patrul xidmətinin əməkdaşları ona yaxınlaşıb ictimai qaydanı pozmamağı tələb ediblər. Vidadi İsgəndərli polisin qanuni tələbinə əməl etməyərək dövlət əleyhinə çağırışlar edib.

Sərxoş olduğu üçün parkda özünü idarə edə bilməyən Vidadi İsgəndərli rayon Polis Şöbəsinə gətirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə (polisin qanuni tələbinə əməl etməmə) inzibati protokol tərtib edilib. Göyçay rayon Məhkəməsi Vidadi İsgəndərli barəsində 15 sutkalıq həbs qərarı verib.


Teqlər:





Xəbər lenti