"Qarabağ" - "Partizani" oyununun hakimləri açıqlandı
Əsas hakim Dumitru Munteandır. Ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Aleksandru Tean yerinə yetirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Partizani" oyunu iyulun 17-də "Dalğa Arena"da keçiriləcək. Komandalar arasında Albaniyada oynanılan görüşdə qol vurulmayıb.
Azvision.az