"Bakı Metropoliteni" qatarda siqaret çəkən şəxsi axtarır

   "Bakı Metropoliteni" qatarda siqaret çəkən şəxsi axtarır
  15 İyul 2019    Oxunub:3130
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti vaqonda siqaret çəkən şəxslə bağlı araşdırmalara başlayıb.
Bunu Azvision.az -a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda qurumda bununla bağlı araşdırmalar aparılır: "Qanunvericiliyə görə, metro ərazisində siqaret çəkmək qadağandır və buna görə cərimə də müəyyənləşib. Sadəcə hələ ki hadisənin nə vaxt və hansı qatarda baş verməsi məlum deyil. Buna görə, həmin şəxsin kimliyi metrostansiyalar və qatarlardakı kameralar vasitəsilə araşdırılır. Həmin şəxs tapılaraq barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək".

B.Məmmədov qeyd edib ki, bu işdə təkcə "Bakı Metropoliteni" deyil, həm də sərnişinlər məsuliyyətli olmalıdırlar: "Hadisə baş verən vaqondakı digər sərnişinlər bu barədə məlumat verməlidir ki, həmin şəxs dərhal aşkar edilsin. Sərnişin qatar maşinistinə rabitə vasitəsilə məlumat verə bilər və dərhal ölçü götürülər. Yaxud stansiyada metro işçisi və ya polisə məlumat verilə bilər".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Siqaret  





Xəbər lenti