"Neftçi" - "Sperantsa" matçının hakimləri müəyyənləşib

  15 İyul 2019    Oxunub : 899
"Neftçi" - "Sperantsa" matçının hakimləri müəyyənləşib
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Sperantsa" (Moldova) matçının hakimləri açıqlanıb.
Azvision.az -ın məlumatına görə, qarşılaşma avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yulian Vaynberger olacaq. Ona yan xətdə Maksimilian Kolbiç və Mixael Nemets kömək edəcək. Andrea Hayss isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sperantsa" matçı saat 21:00-da başlanacaq. Komandalar arasında Moldovada oynanılan görüş "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azvision.az

Teqlər: Neftçi   Sperantsa