Tuskun mövqeyinə irlandiyalı ekspertdən dəstək

  15 İyul 2019    Oxunub : 2455
Tuskun mövqeyinə irlandiyalı ekspertdən dəstək
Bu günlərdə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk Cənubi Qafqaz ölkələrində səfərdə oldu. Bakıya səfərindən sonra Yerevanda görüşlər keçirən Tusk erməniləri məyus etdi, Bakıda keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi, Yerevanda “millətlərin öz müqəddəratını təyin etməsi” hüququndan isə ümumiyyətlə danışmadı.
Bu arada Böyük Britaniyanın Kral Coğrafiya Cəmiyyətinin üzvü, Beynəlxalq Dağçılıq və Alpinizm Federassiyasının Dağların mühafizəsi Komissiyasının vitse-prezidenti Maykl Maunsel Facebook sosail şəbəkəsində, Qərbi Kaspi Universitetinin səhifəsində Donald Tuskun səfərini şərh edib.

Qərbi Kaspi Universitetinin beynəlxalq əməkdaşlıq vasitəsi ilə həyata keçirməkdə olduğu Avropa Birliyi və Azərbaycan arasındakı əlaqələri gücləndirməyi təşviq edən Donald Tusku Azərbaycanda görməkdən məmnun olduğunu bildirən M.Maunsell Prezident Tuskun sitatını xatırladıb: “Azərbaycan öz qədimliyi və müasirliyi ilə zəngin olan unikal bir ölkədir. Bu unikallıq vasitəsilə siz Şərq və Qərbin qarşığını görə bilərsiniz. Ölkənin belə bir geoloji ərazidə yerləşməsi sevindirici haldır… Avropa Birliyi və Azərbaycan əlaqələri ildən-ilə daha da güclənir”.

Teqlər: