İlham Əliyev baş nazirlə görüşdü
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan prezidentinin səfərinin əməkdaşlığımızın gələcək perspektivləri baxımından önəmi vurğulanıb.
Enerji sahəsində yaxşı perspektivlərin olduğunun bildirildiyi görüşdə qeyri-enerji, nəqliyyat, turizm, qarşılıqlı investisiyaların qoyulması və digər sahələrlə bağlı layihələrin əhəmiyyətindən danışılıb.
Bu səfərin həmin layihələrlə bağlı səmərəli müzakirələrin aparılması və konkret nəticələrin əldə olunması ilə bağlı əhəmiyyəti diqqətə çatdırılıb. Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.
AzVision.az
Teqlər: