Pol Uolkerin son forsajı - FOTOLAR, VİDEO

Pol Uolkerin son forsajı - FOTOLAR, VİDEO
  01 Dekabr 2013    Oxunub:3174
Amerikalı aktyor, məşhur "Forsaj" filmindən tanınan Pol Uoker Kaliforniyada avtomobil qəzası nəticəsində həlak olub. AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə aktyorun rəsmi "facebook" səhifəsi xəbər yayıb.

Məlumatda deyilir: "Biz böyük ürək ağrısı ilə təsdiq etməliyik ki, Pol Uoker bu gün yol qəzası nəticəsində həlak olub".

Avtoşouda iştirak etməyə gedən aktyor Santa-Klarita şəhərində qəzaya uğrayıb. Şounun məqsədi Filippindəki qasırğadan zərər çəkənlərə kömək üçün vəsait toplamaq olub.

Aktyorun rəsmi "facebook" səhifəsində yazılır ki, P.Uoker dostunun idarə etdiyi avtomobilin sərnişini olub. Hadisə nəticəsində hər ikisi ölüb.

Qeyd edək ki, P.Uoker 1973-cü ildə Kaliforniya ştatının Qlendeyl şəhərində anadan olub.





Qalereya




Teqlər:  





Xəbər lenti