"Zirə"dən yeni transfer

  16 İyul 2019    Oxunub : 929
"Zirə"dən yeni transfer
“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Azvision.az xəbər verir ki, qəsəbə təmsilçisi Soni Norde ilə anlaşıb. 29 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.

Haitili futbolçu bundan öncə “Boka Xuiors B” (Argentina), “San Luis B” (Meksika), “Altamira” (Meksika), SRKC (Banqladeş), “Mohun Baqan” (Hindistan) və “Mumbay Siti” (Hindistan) klublarında çıxış edib.

Azvision.az

Teqlər: Zirə   Transfer