Taekvondo üzrə Azərbaycan birinciliyi sona çatdı

Taekvondo üzrə Azərbaycan birinciliyi sona çatdı
  01 Dekabr 2013    Oxunub:1715
Yeniyetmə və gənclər arasında taekvondo üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
AzVision.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, Sərhədçi Olimpiya İdman Kompleksində keçirilən yarışın son günü qalan 11 çəki dərəcəsində mükafatçılar məlum olub.

Noyabrın 30-na olan nəticələr aşağadakı kimidir:

Qızlar (-29 kq)
1. Minayə Ələkbərova - Ağcabədi
2. Qönçə Hüseynli - "Sərhədçi"
3. İntizar Həsənova - Xızı
3. Fidan Babayeva - "Gömrükçü"

Qızlar (-44 kq)
1. Aytən Süleymanova - "Rəfiyev"
2. Nuranə İbrahimova - "Fərasət"
3. Zəhra İbadzadə
3. Leyla Məmmədova - "Neftçi" İC

Qızlar (-47 kq)
1. Şəms İsayeva - "Şağan"
2. Elvira Süleymanova - "Neftçi" İC
Qızlar (-59 kq)

1. Rafaella Hüseynova - Sumqayıt
2. Vüsalə Nəsibli - Beyləqan

Qızlar (+59 kq)
1. Əfsanə Soltanova - Şamaxı
2. Aytac Quliyeva - Bərdə
Oğlanlar (-37 kq)
1. Xəyyam Qasımov - "Neftçi" İC
2. Şiraslan Budaqov - Laçın
3. Sənan Həsənov - ƏFA
3. Cəmaləddin Seyidov - Qusar

Oğlanlar (49 kq)
1.Ruslan Babayev - "Fateh"
2. Şirin Məmmədov - Sumqayıt
3. İsmayıl Həsənov - "Tofiq İsmayılov"
3. Əliqasım Məmmədov - Şamaxı

Oğlanlar (-53 kq)
1. Xəyyam Ağayev - "Araz-şöhrət"
2. Coşqun Abdullayev - DGR İSM
3. Namiq Ağayev - Cəlilabad
3. Xəyal Novruzov - "Tofiq İsmayılov"

Oğlanlar (-57 kq)
1. Kənan Məmmədli - "Sərhədçi"
2. Fərid Cəbrayılov - "Araz-söhrət"
3. Rəgimxan Kayıpxanov
3. Həzrəttəyyar Tahirov - Gəncə

Oğlanlar (-61 kq)
1. Nicat Musayev - Qax
2. Həsən İbrahimov - "Fateh"
3. Cavid Soltanov - Quba UGİM
3. Nurlankərim Rəhimli - Beyləqan

Oğlanlar (+65 kq)
1. Anar Ağazadə - "Lokomotiv"
2. Mirəli Əliyev - Qazax
3. Orxan Tağızadə - 12 saylı

Ümumi nəticələrə əsasən, komanda hesabında yeniyetmələr arasında birinci yeri "Neftçi" İdman Cəmiyyəti (2 qızıl, 3 gümüş, 1 bürünc), ikinci pilləni Sumqayıt (2 qızıl, 2 gümüş, 1 bürünc), üçüncü sıranı "Sərhədçi" (2 qızıl, 1 gümüş, 1 bürünc), dördüncü yeri "Fateh" (2 qızıl, 1 gümüş), beşinci pilləyə isə Quba (2 qızıl, 1 gümüş) taekvondoçuları layiq görülüblər.

Gənclər arasında isə birinci yeri "Gilan" komandası (8 qızıl), ikici yeri "Savalan" (4 qızıl), üçüncü sıranı "Neftçi" (3 qızıl), dördüncü pilləni "Qızıl əlcək" (2 qızıl) tutub, Sumqayıt komandası isə beşinci yerlə (1 qızıl, 2 gümüş) kifayətlənib.

Fərqlənənlərə müvafiq medallar, diplom və kuboklar təqdim edilib.


Teqlər:





Xəbər lenti