"Neftçi" və “Səbail” cavab oyununa çıxır

  18 İyul 2019    Oxunub : 859
"Neftçi" və “Səbail” cavab oyununa çıxır
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Azvision.az xəbər verir ki, təmsilçilərimizdən ilk olaraq “Səbail” meydana çıxacaq. Klubumuz Rumıniyada “Universitatya Krayova”nın qonağı olacaq. Bakıdakı görüş 2:3 hesabı ilə Rumıniya klubunun xeyrinə başa çatmışdı. Görüş saat 20:00 başlayacaq.



Təmsilçilərimizdən “Neftçi” də cavab matçına çıxacaq. Roberto Bordinin komandası Bakıda Moldovanın “Sperantsa” klubunu qəbul edəcək. "Neftçi" səfərdəki görüşdə 3:0 hesabı ilə qalib gəlib. Qarşılaşma saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Azvision.az

Teqlər: Səbail   Neftçi   Avroliqa