UEFA "Fənərbaxça"nı cəzalandırdı

  19 İyul 2019    Oxunub : 942
UEFA "Fənərbaxça"nı cəzalandırdı
UEFA "Fənərbaxça"ya müxtəlif sanksiyalar tətbiq edib.
Azvision.az xəbər verir ki, buna səbəb klubun maliyyə feyr-pley qaydalarını pozmasıdır.

"Fənərbaxça"nın UEFA-dan əldə edəcəyi gəlirin 2 milyon avrosunun kəsiləcəyi bildirilib. Əgər klub yaranmış borclarını bu il oktyabrın 15-ə kimi ödəyərsə, cərimə 1 milyon avroya düşəcək.

İstanbul təmsilçisi, həmçinin transfer balansını qorumayacağı təqdirdə, 2020/2021 və 2021/2022 mövsümlərində yeni transferlərini avrokuboklar üçün heyətə daxil edə bilməyəcək.

Bunlarla yanaşı "Fənərbaxça" 2020/2021 və 2021/2022 mövsümlərində UEFA-ya 23-dən çox futbolçu sifariş edə bilməyəcək.

Azvision.az

Teqlər: UEFA   Fənərbaxça   Futbol   Sanksiya