Avropa Olimpiya Komitələrinin rəhbəri İlham Əliyevin qəbulunda - Yenilənib

 Avropa Olimpiya Komitələrinin rəhbəri İlham Əliyevin qəbulunda -  Yenilənib
  20 İyul 2019    Oxunub:2576
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiçi qəbul edib.
Azvision.az xəbər verir ki, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirdi. Yanes Kosyançiç XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək bu tədbirin böyük önəm daşıdığını və gələcək Olimpiya medallarının qazanılması üçün çox yaxşı hazırlıq prosesi olduğunu dedi. Yanes Kosyançiç Azərbaycanın beynəlxalq idman aləmində güclü mövqelərə malik olduğunu deyərək bu işlərdə Prezident İlham Əliyevin rolunu xüsusi vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi ilə bağlı hazırlıq işlərinin tamamlandığını qeyd etdi və bu tədbirin önəmini vurğuladı. Dövlətimizin başçısı idmanın Azərbaycanda prioritet sahələrdən biri olduğunu bildirərək idmançılarımızın beynəlxalq yarışlarda böyük nailiyyətlər qazandığını və Azərbaycanda mühüm beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini qeyd etdi.

Sonra Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.



Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti