Salah Premyer Liqada ən çox qazanan futbolçu ola bilər

Salah Premyer Liqada ən çox qazanan futbolçu ola bilər
  20 İyul 2019    Oxunub:2233
Məhəmməd Salah İngiltərə Premyer Liqasının ən çox qazanan futbolçusu ola bilər.
Azvision.az xəbər verir ki, "Liverpul" misirli futbolçusu ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.

Klub yeni müqavilə ilə 27 yaşlı hücumçunun illik maaşını artırmağı da planlaşdırır. Belə ki, Salah təklifi qəbul edəcəyi təqdirdə, ilinə 22.4 milyon funt sterlinq qazanacaq. Bununla da, misirli Premyer Liqanın ən çox qazanan futbolçusu olacaq.

Qeyd edək ki, Salahın "Liverpul"la hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Azvision.az



Teqlər: Liverpul   Salah   Müqavilə  





Xəbər lenti