Azərbaycan cüdoçuları üç medal qazanıblar

Azərbaycan cüdoçuları üç medal qazanıblar
  21 İyul 2019    Oxunub:1374
Çex Respublikasının paytaxtı Praqada gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.
Azvision.az xəbər verir ki, beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları üç medal qazanıblar. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olub.

Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb.

Daha bir təmsilçimiz Davud Abbaslı (66 kq) bürünc medal əldə edib.

Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 1 qızıl və 2 bürünc medal yazdırıb.

Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışır.

Çex Respublikasının paytaxtı Praqa şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib. Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 3 medal qazanıblar. 60 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olub. Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb. Daha bir təmsilçimiz Davud Abbaslı (66 kq) bürünc medal qazanıb. Beləliklə gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 1 qızıl və 2 bürünc medal yazdırıb. Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışır.

Azvision.az


Teqlər: Cüdo  





Xəbər lenti