“Bakı-2019”: Olimpiya Festivalı başladı - (CƏDVƏL)

    “Bakı-2019”:    Olimpiya Festivalı başladı -  (CƏDVƏL)
  21 İyul 2019    Oxunub:3775
Bu gündən Azərbaycanda XV Avropa Gənclər Olimpiya Festivalı başlayıb.
Azvision.az xəbər verir ki, oyunlar saat 09:00-da start götürüb. Yarışların ilk günü iki idman növü – tennis və güləş yarışı nəzərdə tutulub.

İlk yarış Bakı Tennis Akademiyasında gerçəkləşəcək. Burada dörd idmançımız – iki oğlan və iki qız tennisçimiz mübarizəyə qoşulacaq.

Tennis (fərdi oyunlar)

Alina Hüseynova, Polina Drobişova, Kənan Qasımov, Tamerlan Əzizov.
Güləş üzrə də dörd idmançı ilə mübarizəyə start veriləcək. Heydər Əliyev adına İdman Sarayında iki sərbəst və iki yunan-Roma güləşi üzrə idmançımız ilk qızıl medalı qazanmağa çalışacaq.

Güləş (ilkin mərhələ)

Sərbəst güləş: Murad Haqverdiyev (-45 kq), Əbülfəz Nəsirov (-55 kq);

Yunan-Roma güləşi: Fərid Sadıxlı (-45 kq), Nihat Məmmədli (-55 kq)

Güləş (Final mərhələsi)

İlk gündə dörd medal dəstinin (dörd qızıl, dörd gümüş və səkkiz bürünc) sahibinə aydınlıq gələcək.

Qeyd edək ki, iyulun 21-27-də baş tutacaq XV Avropa Gənclər Olimpiya Festivalı 12 idman obyektində keçirilir. Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edir. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür. Festivalda Azərbaycanı 122 idmançı təmsil edir.

Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayırlar.

Azvision.az


Teqlər: Olimpiya-Festivalı   Bakı-2019  





Xəbər lenti